Kəlbəcərdə selin apardığı kişinin meyiti tapıldı - YENİLƏNDİ / FOTOLAR

17:41 / 12.04.2024 Просмотров: 5306

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

 

Novoye-vremya.com xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. 

Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb.

 Apa-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, ölən Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur.

Nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meytini sel sularının apardığı ehtimal edilir.

Hazırda axtarış işləri davam etdirilir

08:35

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

  Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

    Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

    Nəticədə adıçəkilən sürücü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

    Faktla bağlı araşdırma aparılır.



    Другие новости

    Лента новостей

    Все новости
    13 июнь 2026

    Самый читаемый

    Интервью

    Тexнoлoгия

    Шоу-бизнес

    MEDIA