Vahid Ələkbərov 100 milyonluq mülkünü bu ölkəyə verdi
Azərbaycan əsilli milyarder Vahid Ələkbərov sanksiyalar səbəbindən Niderlanddakı mülkü ilə vidalaşmalı olub.
Novoye-Vremya.com “Forbes.ru”ya istinadən xəbər verir ki, Vahid Ələkbərov gəmilərin təmir və inşa olunması üzrə “Heesen Yachts” müəssisəsinin səhmlərini müstəqil Niderland fonduna verib.
Sözügedən müəssisənin hansı şərtlər daxilində fonda verilməsi hələ ki məlum deyil.
Müəssisənin rəsmi saytında yer alan məlumata görə, şirkət mayın 18-dən etibarən yenidən tam olaraq niderlandlılara məxsusdur.
Qeyd olunur ki, V.Ələkbərov “Heesen Yachts”ı 2008-ci ildə 100 milyon avroya əldə edib. “Lukoyl” şirkətinin həmtəsisçisinin özünün də iki yaxtası burada inşa olunub.
Xatırladaq ki, Vahid Ələkbərov cari ilin aprel ayında “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib. Böyük Britaniya Ukraynadakı müharibə fonunda Rusiyaya sanksiya tətbiq edərkən V.Ələkbərovun da adını siyahıya əlavə edib.
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI
Nazir İSTEFA VERDİ – Bu ölkədə
Лента новостей
Все новостиСамый читаемый

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были