Sumqayıt-Laçın reysi fəaliyyətə başlayır
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt-Laçın müntəzəm avtobus reysi təşkil edilir.
AYNA-dan Novoye-Vremya.com-a verilən məlumata görə, fevralın 23-dən fəaliyyətə başlayacaq reys üzrə avtobuslar hər gün Sumqayıt Avtovağzalından saat 07:00-da, əks istiqamətdə isə 17:30-da yola düşəcək. Sumqayıt-Laçın reysi üzrə gedişhaqqı 16,60 AZN müəyyən edilib.
Xocalı, Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq məntəqələri təyin edilib. Sumqayıt-Xocalı üzrə gedişhaqqı 14,30 AZN, Sumqayıt-Xankəndi üzrə 14,80 AZN, Sumqayıt-Şuşa üzrə isə 15,20 AZN müəyyən edilib.
Qeyd edək ki, biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür.
Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были