Rəşad Dağlının dini mövzuda dediyi daha bir meyxana yayılıb – VİDEO

09:21 / 22.05.2022 Просмотров: 4352

Məşhur meyxanaçı Rəşad Dağlının meyxana deyişməsində dini mövzuya toxunduğu daha bir videosu yayılıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Rəşad Dağlı toy məclisində Allahşükür Paşazadə ilə bağlı “Məclisdə Allahşükür Paşazadə var, ona deyərəm siğəni konkret eyləyər” misralarını deyib.

Meyxananın əslində nə zaman deyildiyi dəqiq bəlli olmasa da, sosial şəbəkələrdə bu hissə məhz indi yayılıb. 

Qeyd edək ki, bir neçə gün öncə Rəşad Dağlı məclislərin birində dini məsələ ilə bağlı dediyi meyxanaya görə üzr istəmişdi.


Другие новости

Лента новостей

Все новости
15 июнь 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA