Rektorluqdan nazir müavinliyinə - 43 YAŞLI FƏRİD ƏHMƏDOV KİMDİR?

23:33 / 23.05.2022 Просмотров: 3952

Prezident İlham Əliyev Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Oxu24.com  Fərid Əhmədovun bioqrafiyasını təqdim edir:

Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub.

1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib.

2002-2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.

2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olmuş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Əmək fəaliyyətinə 2000-ci ildə "Ədalət” hüquq şirkətində hüquqşünas kimi başlamış və 2004-cü ilə kimi burada fəaliyyət göstərmişdir.


2004-2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.

2007-2008-ci illərdə "LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirmiş, 2014-cü ildə "BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışmışdır.

2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 15 noyabr 2021-ci ildə isə "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin olunmuşdur.

Ailəlidir, üç övladı var.


Другие новости

Лента новостей

Все новости
23 июнь 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA