Medvedevdən 3 QORXULU SSENARİ: "Silahlı münaqişə yenidən başlayacaq və..."
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram"da "Ukraynanın necə yox olacağı" barədə spekulyasiya edən yeni yazı dərc edib.
Yazıda deyilir:
"Mən bu yaxınlarda Ukraynanın niyə yox olacağını yazmışdım. İndi Ukraynanın necə yox olacağını söyləməyin vaxtıdır. Amma əvvəlcə ya suverenlik elementlərinin itirilməsi ilə Ukrayna dövlətçiliyinin yavaş-yavaş aşınması, ya da ani dağılması baş verəcək".
Medvedev deyib ki, üç ssenari mümkündür:
Birinci halda "anşlus" nəticəsində ölkənin qərb hissələri Avropa ölkələrinin tərkibinə keçəcək, qalanları onlarla Rusiya arasında sıxışdırılaraq Aİ və NATO-ya qoşulacaq. Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilər üçün silahlı münaqişə yenidən başlayacaq.
İkinci variantda, Ukrayna xüsusi əməliyyat başa çatdıqdan sonra yox olur, Rusiya və bir sıra Aİ dövlətləri arasında bölünür. Sonra mühacirətdə olan Ukrayna hökuməti yaranır.
Üçüncü varianta, Ukraynanın qərb əraziləri Avropaya birləşir, qalanları isə könüllü olaraq Rusiya Federasiyasına qoşulur.
“Bizi ikinci variant müvəqqəti qane edə bilər, amma üçüncü varianta ehtiyacımız var”, - deyə Medvedev yekunlaşdırıb.(Publika.az)
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə
Prezident Fərman İMZALADI
Лента новостей
Все новостиСамый читаемый
Канье Уэст еще не выступил в России, но уже принес организаторам 4 миллиарда

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были