Anastasiya Voloçkova azərbaycanlı sevgilisindən danışdı - Rus dilini bilmir

09:59 / 20.05.2022 Просмотров: 8377

Məşhur rus balerina Anastasiya Voloçkova bir müddətdir gündəmdən düşməyən azərbaycanlı sevgilisi haqda açıqlama verib. 

Novoye-vremya.com axşam.az-a istinadən bildirir ki, 46 yaşlı balerina hazırda Türkiyədə birlikdə olduqlarını təsdiqləyib. O bildirib ki, əslən azərbaycanlı olan və taksi sürücüsü kimi fəaliyyət göstərən sevgilisi rus dilində bilmir:

"Onu sosial şəbəkədə axtarmağa çalışmayın, rus dilini bilmir. Biz ingilis dilində ünsiyyət qururuq. Türkiyədə heç kimin gələ bilməyəcəyi bir adada qalırıq. Dostlarımızla birlikdə üçmərtəbəli villa kirayələmişik. Hər gün özəl yaxta ilə gəzintiyə çıxırıq. Türkiyəyə mənim yaxın rəfiqəm və həyat yoldaşı dəvət edib. Əslində Avropaya gedəcəkdik, amma məlum hadisələrə görə daha rahat yerdə görüşmək qərarı aldıq. Beləcə, mən də Türkiyəyə getdim".


Другие новости

Лента новостей

Все новости
23 июнь 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA