Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib
Sabiq nəqliyyat naziri Ziya Məmmədov bu ilin iyulunda Həcc ziyarətinə yola düşəcək.
Novoye-vremya.com xəbər verir ki, Gundem.az-a daxil olan məlumata görə, keçmiş nazir ziyarət üçün tələb olunan sənədləri təqdim edib və tələb olunan 9150 manatı da ödəyib.
Bildirək ki, Ziya Məmmədov vəzifədən azad olunandan sonra bir qədər kölgəyə çəkilmişdi. Vaxtının böyük hissəsini anadan olduğu Ucar rayonunun Qazıqumlaq kəndində keçirirdi. Qardaşı Elton Məmmədov jurnalistlərə açıqlamasında demişdi ki, qardaşı vaxtını Quran oxumaqla keçirir.
Sitat: “Ziya müəllim müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bilir. Düşünürəm ki, bu da xoş olan bir işdir. Həmçinin, ailəsinin, doğmalarının yanında istirahət etməyin özü də yaxşı bir haldır”.
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были