Sürücülərə sevindirici XƏBƏR - Bu elektron lövhələr işləyəcək - VİDEO
4 ilə yaxındır ki, paytaxtın küçə və prospektlərindəki informasiya xarakterli elektron lövhələr işləmirdi. Bu da sürücülərin işində çətinlik yaradırdı. Artıq bəzi elektron tablolar işlək vəziyyətə gətirilib. Hazırda həmin tablolarda hərəkət iştrakçıları üçün müəyyən sosial çağırışlar yayımlanır...
Uzun müddətdən sonra paytaxtın müxtəlif küçə və prospektlərində quraşdırılan elektron lövhələr yenidən işlək vəziyyətə gətirilib.
Nəqliyyatı İntellektual İdarətetmə Mərkəzinin rəsmisi Rauf Mirqulamov deyir ki, hələ ki həmin tablolarda 8 sosial çağırış yayımlanır. Gələcəkdə hərəkətin düzgün təşkili ilə bağlı bu say artırılacaq.
Qeyd edək ki, əvvələr həmin elektron tablolar vasitəsilə şəhərin hansı küçə və prospektlərində sıxlığın olması ilə bağlı sürücülər məlumatlandırılırdı. Sonradan həmin elektron lövhələr işləmədi. Nəqliyyat axınını ifadə edən qrafik sxemlərin yayımı nə zaman bərpa olunacaq?
Xatırladaq ki, lövhələrdəki informasiya xarakterli məlumatlar günün istənilən vaxtında aydın şəkildə görünür. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin rəsmisi Rauf Mirqulamov əlavə edib ki, günün pik saatlarında mərkəzdəki monitorlar vasitəsilə şəhər küçələrinə nəzarət edilir. Sıxlıq müşahidə edilən küçə və prospektlər barədə kütləvi informasiya vasitələri ilə sürücülər məlumatlandırılır.
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были