Sülh Şurasının Qəzzaya dair bugünkü maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur
11:28 / 19.02.2026
Просмотров: 115
Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir.
novoye-vremya.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycan tərəfindən Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirakı nəzərdən keçirilə bilər:
"Amma bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur", - paylaşımda qeyd olunub./Report/
Другие новости
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyevin ABŞ səfəri başa çatıb
Donald Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
İlk köç karvanı Xanabad kəndinə çatıb, açarlar təqdim edilib -YENİLƏNİB-2

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были