Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Bakı Hərbi Məhkəməsinin oliqarx Ruben Vardanyanla bağlı qərarı təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük əzablar yaşatmış təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur.
"Novoye-Vremya.com" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.
"Azərbaycan münaqişənin nizamlanmasının unikal hərbi-siyasi modelini irəli sürərək və postmünaqişə dövründə sülh gündəliyini başladaraq hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin, o cümlədən Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinin məsuliyyətə cəlb olunmasını təmin edib", - o vurğulayıb.
Onun sözlərinə görə, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu məhkəmə qərarlarının qəbul edilməsi bu faciənin və bütövlükdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdır.
H.Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətdən Nürnberq prosesi, keçmiş Yuqoslaviya və ya Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı kimi tribunalların və ya beynəlxalq məhkəmələrin yaradılmasını gözləyirdi:
"Lakin bugünkü ədalətsiz beynəlxalq şəraitdə hətta hüquq normalarının tətbiqi belə getdikcə daha çox siyasiləşir və ikili standartlara məruz qalır. Buna görə də Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək öz hüquq sistemi vasitəsilə ədaləti təmin edib və bununla da beynəlxalq ictimaiyyətə nümunə olub".
Prezidentin köməkçisi bildirib ki, bəzi dairələr, o cümlədən Avropa Parlamentinin və "Amnesty International" kimi təşkilatların üzvləri ağır hərbi cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış edir:
"Cinayət olan yerdə məsuliyyət də olmalıdır və ədalət tam şəkildə təmin edilib. Hərbi cinayətlərdə ittiham olunan şəxsin bəraət alması həmin cinayətlərin legitimləşdirilməsi və cəzanın qaçılmazlığı prinsipinin sarsıdılmasında iştiraka bərabərdir. Davamlı sülh və etnik barışıq ədalət olmadan mümkün deyil. Azərbaycan regional sülh gündəliyinin irəli aparılması və möhkəmləndirilməsi istiqamətində qətiyyətli səylərini davam etdirəcək".
Другие новости
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyevin ABŞ səfəri başa çatıb
Donald Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb
İlk köç karvanı Xanabad kəndinə çatıb, açarlar təqdim edilib -YENİLƏNİB-2
WUF13 iştirakçıları üçün nəqliyyat xidmətləri pulsuz olacaq
Sülh Şurasının Qəzzaya dair bugünkü maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur
Лента новостей
Все новостиСамый читаемый

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были