SON DƏQİQƏ! Dünya şokda: Çinin qırıcıları bu ölkəyə girdi
Ən azı 30 Çin Xalq Azadlıq Ordusunun döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
Bu barədə Novoye-Vremya.com “TAS”a istinadən xəbər verir.
Adanın müdafiə departamentinin əlumatına əsasən bu, cari ilin yanvarından bəri ən kütləvi belə uçuşdur.
Söhbət iki KJ-500 erkən xəbərdarlıq və nəzarət təyyarəsindən, altı J-16 qırıcı, səkkiz J-11, dörd J-10, həmçinin iki cüt Su-35 və Su-30 təyyarələrindən gedir.
Bundan əlavə, əməliyyatda iki Y-8 elektron kəşfiyyat təyyarəsi və bir sualtı qayıq əleyhinə təyyarə və eyni platforma əsasında elektron döyüş təyyarəsi iştirak edib.
Təyyarələr cənub-qərbdən hava hücumundan müdafiə zonasına daxil olub, bir neçə kilometr məsafə uçduqdan sonra ərazini tərk ediblər. Adanın silahlı qüvvələri Çin təyyarələrinin qarşısını almaq və onlara xəbərdarlıq etmək üçün müvafiq qırıcı təyyarələri havaya qaldırıb.
Nazirlik bildirib ki, Tayvanın hava hücumundan müdafiə qüvvələri də hədəfləri izləyib.(report)
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были