SON DƏQİQƏ: Dəhşətli yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - Yeniləndi VİDEO / FOTOLAR
Bakının Nərimanov rayonu ərazisində güclü yanğın başlayıb.
“Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı Metropoliteninin “Ulduz” stansiyasının yaxınlığındakı zavodların birində baş verib.
Əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.
Qeyd edək ki, miqyası geniş olduğu üçün yanğının tüstüsü şəhərin bir çox yerindən görünür.
***
Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, yanğın “Ulduz” metro stansiyası yaxınlığında sexdə baş verib.
Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
***
FHN yanğınla bağlı daha bir məlumat yayıb.
Bildirilib ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.
***
FHN-in yaydığı son məlumata əsasən, nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.




Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были