Onlara Milli Məclisdə yüksək vəzifə VERİLDİ
08:32 / 21.05.2022
Просмотров: 6645
Milli Məclis Aparatında kadr dəyişiklikləri olub.
Milli.Az "Report"a istinadən bildirir ki, Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini Şakir Himalay oğlu Şabanov parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.
İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Bəhruz oğlu Mahmudov isə Milli Məclis Aparat rəhbərinin müavini təyin olunub.
Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Ayan Zəfər qızı Murtuzova da həmin şöbənin müdiri vəzifəsinə təyinat alıb.
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были