Nil Monze bıçaqlanıb? - FOTOLAR
Nil Monze kimi tanınan Nərmin Mürsəlli (Elsevər Mürsəlli) bıçaqlanıb.
times.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Nil Monze kimi tanınan Nərmin Mürsəlli bıçaqlanıb.
Məlumatı onun rəfiqəsi Aygün Sarılı yayıb.Aygün Sarılının bildirdiyinə görə, naməlum şəxs evə müştəri qismində daxil olub.
Tərəflər arasında mübahisə yaranıb və əlbəyaxa dava baş verib. İddialara görə, həmin şəxs üzərində gətirdiyi bıçaqla ona hücum edib.Məlumata əsasən, hücum edən şəxs əvvəlcə Nərmin Mürsəllinin baş nahiyəsinə zərbə endirməyə cəhd göstərib. Zərərçəkən müqavimət göstərərək qışqırıb və qonşuları köməyə çağırıb. Bundan sonra naməlum şəxs ona qarın nahiyəsindən iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.
Nərmin Mürsəlli qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Yaxınlarının sözlərinə görə, vəziyyəti ağır olaraq qiymətləndirilir.Xatırladaq ki, Nərmin Mürsəlli əvvəllər NİDA Vətəndaş Hərəkatı-nın üzvü olub və bir müddət həbs həyatı yaşayıb. Daha sonra Türkiyəyə köçərək cinsiyyətini dəyişib. O, çıxışlarında həbsinə görə jurnalistlər Xədicə İsmayılova və Mehman Hüseynov-u günahlandırdığını bildirmişdi.

Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə
Prezident Fərman İMZALADI
Лента новостей
Все новостиСамый читаемый

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были