Azərbaycanda bu şəxslər 5 min manat cərimələnəcək
Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətli orqanının (vəzifəli şəxsin) tələblərinin yerinə yetirilməməsi və ya ona maneçilik törədilməsinə görə yeni cərimə müəyyənləşir.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Dəyişikliklə kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi üzrə tələblərin pozulması hallarının aradan qaldırılmasına dair səlahiyyətli orqanının (vəzifəli şəxsin) tələbinin yerinə yetirilməməsinə, yaxud kibertəhdidlərin və kiberhücumların aşkarlanması, qarşısının alınması və təhlükəsizlik insidentlərinin araşdırılması üçün səlahiyyətli orqanına (vəzifəli şəxsə) lazımi şəraitin yaradılmamasına və ya maneçilik törədilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə olunacaq.
Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были