Yol qəzasında xəsarət alan şəxs ölüb

07:04 / 25.05.2022 Просмотров: 2242

Biləsuvarda traktorun aşması nəticəsində xəsarət alan şəxs ölüb.

Novoye-vremya.com-un Muğan bürosunun məlumatına görə, hərəkətdə olan traktor yoldan çıxaraq aşıb.

Nəticədə traktorçu N.Hümbətov və və onun sərnişini, 1998-ci il təvəllüdlü Yaşar Quliyev ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq Y.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

O, bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə mayın 23-də Biləsuvar-Bəhramtəpə yolunun rayonun Nərimankənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Другие новости

Лента новостей

Все новости
26 июнь 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA