Yeni təyinat baş tutub - FOTO  

10:40 / 12.06.2025 Просмотров: 438

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

 Banker.az-a istinadən xəbər verir ki, Rövşən Tofiq oğlu Didavari 2025-ci ilin may ayından etibarən DSMF-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Ona qədər bu vəzifədə Yusif Eyvaz oğlu Əkpərov idi.

Qeyd edək ki, R.Didavari 2024-2025-ci illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Hərbi rütbəli şəxslərin müraciətlərinin cavablandırılması şöbəsində böyük mütəxəssis kimi fəaliyyət göstərib.


Другие новости

Лента новостей

Все новости
13 июнь 2025

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA