Bakı-Qazax yolunda qoşqulu traktor

11:13 / 12.06.2025 Просмотров: 721

Bakı-Qazax yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, iyunun 12-si saat 08:00-da Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes-Benz" markalı yük avtomobili və traktor toqquşub.

Nəticədə traktorun sürücüsü 27 yaşlı Ucar rayon sakini Şamil Mahmudov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

10:54

Bakı-Qazax yolunda, Türyançay yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.

Görüntülərdə hadisə zamanı qoşqulu traktorun aşdığı qeydə alınıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.


Другие новости

Лента новостей

Все новости
13 июнь 2025

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA