Hələbdə yaşayış binası çökdü - Ölənlər var
08:40 / 22.01.2023
Просмотров: 5266
Yaşayış binası çökdü - Ölənlər var
Suriyanın ən böyük şəhəri Hələb yaxınlığında beşmərtəbəli yaşayış binasının uçması nəticəsində biri uşaq olmaqla, azı 10 nəfər həlak olub.
Novoye-vremya.com xarici KİV-lərə istinadla xəbər verir ki, yaşayış binasında 30-a yaxın insanın yaşadığı bildirilib.
Binanın uçmasında səbəb kimi suyun sızması nəticəsində bünövrənin aşınması ehtimal edilir.
Hazırda xilasedicilər dağıntılar altında sağ qalanları və cəsədləri axtarır.

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были