ŞOK TRANSFER xəbərinə "Qarabağ"dan REAKSİYA - "O, elə futbolçudur ki..." 

20:12 / 21.06.2023 Просмотров: 7870

Millinin sabiq yarımmüdafiəçisi Qara Qarayev yeni mövsümə “Neftçi”də başlaya bilər.

Emin Mahmudovun komandanı tərk etmək ehtimalını nəzərə alan bakılılar işini ehtiyatlı tutub.

“Ağ-qaralar” müxtəlif şəxslər vasitəsilə “Qarabağ”lı ilə əlaqə qurub. Ona 3 illik müqavilə təklif olunub.

Məsələ ilə bağlı klubun idman direktoru Əmrah Çəlikəllə danışdıq.

Klub rəsmisi sorğumuza cavab olaraq bunları dilə gətirdi:

"Belə bir təklif, söhbət heç vaxt olmayıb. İnanmıram ki, bundan sonra da olsun.

Qaranın "Qarabağ"la hələ bir illik müqaviləsi qüvvədədir. Həm də Qara Qarayev bizim üçün elə futbolçudur ki, onunla kağız üzərində anlaşma o qədər də önəmli deyil".

30 yaşlı futbolçu 2011-ci ildən "Köhlən atlar"ın şərəfin qoruyur.

O, arxada qalan 12 ildə 441 oyunda meydana çıxıb və 5 qol, 14 asistlə yadda qalıb.


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA