Salyanda mikroavtobus aşdı, 6 nəfər xəsarət aldı - AĞIR QƏZA - YENİLƏNDİ

Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.
Novoye-Vremya.com xəbər verir ki, bunlar Salyan sakini, 1964-cü il təvəllüdlü Əsgərov İlqar Dursun oğlu, 2006-cı il təvəllüdlü Əsədova Aysun Elmir qızı, 1960-cı il təvəllüdlü Əzizov Telman Sabir oğlu, 1950-ci il təvəllüdlü Rəhimova Qönçə Habil qızı, 1951-ci il təvəllüdlü Mehdiyeva Südabə Allahverən qızı, 1969-cu il təvəllüdlü Qarayeva Nigar Məzahim qızı, 1957-ci il təvəllüdlü Əliyeva Qətibə Seyfulla qızı və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Əsgərova Aysel Valeh qızıdır.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
14:15
Salyan rayonunda yol qəzası baş verib.
Novoye-Vremya.com xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyanın Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
Mikroavtobusun aşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Другие новости

Simonyan Azərbaycanla ticarət perspektivləri haqqında: Ermənilər benzini daha ucuz alacaqlar"
jpg_1757575295.jpg)
17 Sentyabrda yalnız bir gün! Bütün ətirlərimizə 40% endirim!

"Komedixana"da yeni sima: Bu məşhur da orda rol alacaq

Prezident onları təltif etdi - ADLAR

Bakıda güclü partlayış olub - FOTO
