Sahil Babayev yeni qərar imzaladı  

09:23 / 24.02.2026 Просмотров: 2230

Maliyyə Nazirliyinin Kollegiyası dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərin quruma təqdim edəcəyi məlumat və hesabat formalarını təsdiqləyib.

Novoye-Vremya.comxəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.

Qərara əsasən, bu təşkilatlar pul vəsaitlərinin hərəkəti (gəlir və xərc smetası), mənfəət-zərər, maliyyə vəziyyəti, ticarət debitor borcları və ticarət kreditor borcları barədə proqnoz məlumatları, kapitalda dəyişikliklər haqqında hesabat təqdim edəcəklər.

Maliyyə Nazirliyinin Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb./ Oxu24.com  /


Другие новости

Лента новостей

Все новости
24 август 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA