Qoruğun kamerası çox nadir görünən heyvanı qeydə aldı - VİDEO - FOTO
Qazaxıstanda Qərbi Altay qoruğunun kameraları çox nadir görünən heyvanı - gəlinciyi qeydə alıb.
Görüntülər qoruğun "Instagram" hesabında yayımlanıb.
Novoye-Vremya.com oxu.az-a istinadən xəbər verir ki, işçilərin sözlərinə görə, gəlinciklər Altay dağlarının yerli sakinləri olsalar da, nadir hallarda görünür, insanlardan qaçırlar. Buna baxmayaraq, bəzən qoruq əməkdaşlarının nəzərinə çarpırlar. Bu dəfə isə gəlincik videotələyə düşüb.
"Latın dilində "Gulo gulo" adlanan gəlincik dələkimilər ailəsinin yırtıcı məməlisidir. O, "Gulo" cinsinin yeganə nümayəndəsidir (latın dilindən "qarınqulu" kimi tərcümə olunur). Gəlincik çox cəsarətli heyvandır", - deyə qoruğun işçiləri məlumat veriblər.
Qeyd edək ki, "Marvel" filmlərində "X-man" kainatının ən məşhur və özünə yaxşı ad qazandırmağı bacaran qəhrəmanlarından biri "Volverin" ("Gəlincik") bu maraqlı heyvanın xüsusiyyətini daşıyıb. Hollivud ulduzu Hyu Cekmanın canlandırdığı obraz uzun müddət milyonlarla insanın qəlbini fəth edib.
Məqaləyə dair fotomateriallar:






Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были