MM-də şəhid valideynləri və müharibə iştirakçıları ilə bağlı TƏKLİF: "Mağazalardan əldə etsinlər"
"Şəhid ata və anaları üçün fərqləndirici döş nişanı təşkil edilsin".
Bu təkliflə Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev çıxış edib.
Millət vəkili ölkədə şəhid atalarının tanınmamasının problem olduğunu qeyd edib:
"Şəhid analarını boyunlarından asılan şəhid fotoları ilə tanıyırıq, amma şəhid ataları tanınmır. Ölkədə minlərlə şəhid ata-anası var və onların hamısını tanımaq olmur. Onlarda fərqləndirici nişan olsa, hər kəs onları tanıyar, onlara hörmət göstərər, bu isə onlara xoş təsir bağışlayar".
Deputat müharibə iştirakçıları üçün də vahid formanın hazırlanmalı olduğunu deyib:
"Müharibə iştirakçıları üçün isə fərqləndirici üst geyimlər təşkil edilsin. Bu geyimlər mağazalarda qoyula bilər və veteranlarımız mağazalardan da əldə edilə bilər. Bu təklifi mən müharibə iştirakçılarından almışam. Bəzi müharibə iştirakçıları müharibə dövründə geyindikləri geyimləri hələ də çıxarmır bu isə onlara ağırlıq edir".
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были