Məşhur müğənni DÜNYASINI DƏYİŞDİ - FOTOLAR
20:34 / 20.05.2023
Просмотров: 14179
Türkiyənin tanınmış müğənnisi, aktyor Nuri Sesigüzel dünyasını dəyişib.
OLAY yazır ki, 86 yaşlı sənətçi müalicə aldığı xəstəxanada ürəkçatışmazlığından vəfat edib. Bu barədə tanınmış müğənni İbrahim Tatlıses də paylaşım edib.
Sənətçi bunun ağır itki olduğunu deyib və mərhuma rəhmət diləyib.
Sesigüzel sabah Büyükçekmece məzarlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Nuri Sesigüzel "Kara tren", "Fabrikanın gülü", "Mahallenin namusu", "Kaderin oyunu" kimi filmlərdə rol alıb. O, çox sayda türkülərin ifaçısı olub.



Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были