Kraliça ilə vidalaşmaq üçün 12 saat növbə gözlədi - VİDEO - FOTO

08:53 / 17.09.2022 Просмотров: 7487

Futbol üzrə İngiltərə milli komandasının keçmiş yarımmüdafiəçisi Devid Bekhem Britaniya kraliçası II Elizabet ilə vidalaşmaq üçün 12 saat növbədə gözləyib.

 Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sky News" yayıb. 

Məlumata görə, ulduz futbolçu gecə saatlarında növbədə öz yerini alıb və sadə vətəndaşlar ilə öz növbəsini gözləməyə başlayıb.

Növbəsi çatdıqda isə Bekhem kraliçanın tabutu yanında dayanaraq onunla vidalaşıb.

Daha sonra jurnalistlərə açıqlama verən Bekhemin sözlərinə görə, ona Britaniya imperiyasının ordeninin verilməsi həyatında ən xüsusi an olub.

Xatırladaq ki, kraliça II Elizabetin cənazəsi sentyabrın 14-dən etibarən Londonda Vestminster sarayındadır. Kraliça ilə vidalaşmaq istəyənlər sentyabrın 19-na kimi saraya gələrək bunu edə bilərlər. Belə ki, kraliça sentyabrın 19-u dəfn ediləcək.

Məqaləyə dair fotomateriallar:


Другие новости

Лента новостей

Все новости
18 май 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA