Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesi başlanır 

07:08 / 23.10.2023 Просмотров: 6556

Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir.

Bu barədə novoye-vremya.coma Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də oktyabrın 23–31-i tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.


Другие новости

Лента новостей

Все новости
18 май 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA