Bərdədə nə baş verir? - Hamını heyrətə gətirən müəmmalı hadisə - VİDEO
Bərdə rayonunun Piyadalar kəndində son bir neçə gündə insanlar arasında dəri xəstəliyi yayılıb.
Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi kənd sakinləri heyvanlar arasında yayılan qarayara xəstəliyinin insanlara keçməsindən narahat olub. Bəziləri isə bunu əkin sahələrində istifadə edilən kimyəvi vasitələrlə əlaqələndirirlər.
Kənd bələdiyyəsindən bildirilib ki, təşvişə səbəb olacaq bir vəziyyət yoxdur. 3-ü kişi, 2-si qadın olmaqla ümumilikdə 5 nəfər xəstəxanaya müraciət edib.
Rayon baytarlıq idarəsinin əməkdaşları da kəndə ezam olub. Baytarlar tərəfindən dezinfeksiya işləri aparılır.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından faktı təsdiqlədilər. Bildirilib ki, müraciət edənlərin dərisində yaralar əmələ gəlib və onların müalicəsi davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyindən qeyd edilib ki, həmin kənddə təsərrüfatlara baxış keçirilib. Hazırda araşdırmalar davam etdirilir və nəticələrlə bağlı ətraflı məlumat veriləcək.
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI
Nazir İSTEFA VERDİ – Bu ölkədə
Лента новостей
Все новостиСамый читаемый

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были