Azərbaycanda qadınların həftəsonu işləməməsi təklif olunur
13:24 / 25.10.2023
Просмотров: 3400
"Təklif edirəm ki, şənbə-bazar günləri qadınlar işləməsinlər".
Axşam.az xəbər verir ki, bunu deputat Rauf Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ilə dair hesabatının müzakirəsində deyib.
O bildirib ki, xarici ölkələrin birində bu təcrübəni görüb:
“Onlar belə əsaslandırdılar ki, qadınların ailənin həyatında rolu böyükdür. Ona görə, uşaqlarla daha çox vaxt keçirmələri üçün belə bir addım atırlar”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə qeyd edib ki, elə kişilər də ailə ilə daha çox vaxt keçirməlidirlər. Bu məsələni təkcə qadınlarla məhdudlaşdırmaq doğru deyil.
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были