Azərbaycan şahmatçıları "Norway Chess" turnirində mübarizəyə başlayır
07:09 / 30.05.2022
Просмотров: 5033
Bu gün Norveçin Stavanger şəhərində "Norway Chess" çərçivəsində blits turniri keçiriləcək.
"OlimpNews"un məlumatına görə, yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaq.
Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq.
Dairəvi sistemlə təşkil olunan 1 günlük turnirin nəticələri "Norway Chess"də start nömrələrini müəyyənləşdirəcək.
Qeyd edək ki, Norway Chess" turniri 31 may - 10 iyunda gerçəkləşəcək.
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были