Ali Məhkəmə Azərbaycanda tutulan 4 erməni hərbçini AZAD ETDİ
Azərbaycan Ali Məhkəməsi Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmuş 4 şəxsin barəsində olan kassasiya şikayəti üzrə məhkəmə prosesləri keçirilib.
Novoye-vremya.com-ın report-a istinadən xəbərinə görə, şikayətlərə hakim Nazim Mövsümov və İlkin Rəcəbovun sədrliyi ilə baxılıb.
Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı məhkumlara aid hissədə dəyişdirilib.
Belə ki, həmin şəxslərə 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Beləliklə, onların həbs cəzası bitmiş sayılıb. Onlar dərhal cəzaçəkmə müəssisəsindən azad edilib.
Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilib.
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI
Nazir İSTEFA VERDİ – Bu ölkədə
Лента новостей
Все новостиСамый читаемый

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были