Xanım rəis təqaüdə GÖNDƏRİLDİ

12:34 / 30.05.2023 Просмотров: 9400

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova işdən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, polis polkovniki Z.Meftahətdinova xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.O, 2015-ci ildən DİN-in İdman Cəmiyyətinin rəisi idi.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 1991-2014-cü illərdə stend atıcısı kimi Azərbaycan yığmasının heyətində çıxış edən Zemfira xanım 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 5 qat Avropa, 2 qat dünya çempionudur. Beynəlxalq dərəcəli idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. "Tərəqqi" və  "Vətən uğrunda" medalları və "Şöhrət" ordeni ilə təltif edilib. Karyerasını başa vurandan sonra daxili işlər orqanlarında vəzifəyə təyin edilmişdi.


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA