Ucarda məzun qəza törədib, xəsarət alanlar var - FOTO
17:30 / 14.06.2023
Просмотров: 5522
Ucarda məzun idarə etdiyi avtomobillə qəza törədib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Rayonun Qazyan kənd məktəbinin məzunu, 2006-cı il təvəllüdlü Nüsrət Müğdət oğlu Qasımovun idarə etdiyi VAZ-2115 markalı minik maşını ilə Zərdab rayon sakininin idarə etdiyi “Mercedes” markalı maşın toqquşub.
Nəticədə sürücü, N.Qasımov, onun sərnişini, 2002-cı il təvəllüdlü Sənan Ələsgər oğlu Bağırov və digər avtomobildə olan sərnişin, Zərdab rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə Saleh qızı Zeynalova müxtəlif xəsarətlər alıblar. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Другие новости
Лента новостей
Все новости
12 декабрь 2025

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были