Türkiyədə 200 minlik avtomobillə qəzaya düşən azərbaycanlı görün kimdir - FOTO/VİDEO
Türkiyənin Beşiktaş şəhərində azərbaycanlı iş adamı kimi təqdim edilən şəxs lüks "Mercedes” markalı avtomobillə qəza törədib.
Novoye-vremya.com xəbər verir ki, hadisə gecə yarısı Balmumcu Mahallesi, Barbaros Bulvarı ərazisində baş verib.
Belə ki, Rəfail Əliyev Azərbaycan dövlət nömrə nişanlı 99-MB-888 lüks avtomobiliylə Zincirlikuyu istiqamətindən Beşiktaş istiqamətinə gedərkən idarəetməni itirərək Oktay Arayın istifadə etdiyi 34-TAB-06 nömrəli taksi ilə toqquşub.
Nəticədə toqquşmanın gücündən havaya uçan taksi əvvəlcə yol kənarındakı baryerlərə, daha sonra dayanmış 34-LJA-221 dövlət nömrə nişanlı avtobusa dəyib. Zərbənin gücündən sürücü pəncərədən taksisinin altına düşüb.
Qəza yerinə xilasedicilər, təcili yardım və polis əməkdaşları cəlb edilib. Taksinin altında qalan Aray yanğınsöndürənlər və ətrafdakı vətəndaşların köməkliyi ilə avtomobilin altından çıxarılıb. Yaralı sürücü təcili yardımla xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu deyilir.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.




Другие новости
Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşdı – FOTOLAR
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Mehriban Əliyeva Türkiyə səfərindən görüntülər paylaşdı - VİDEO
Məktəbə edilən hücumda ölən uşaqların FOTOLARI
Bakıda məktəbdə xuliqanlıq edən şagirdə elektron qolbaq taxıldı

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были