Toya gələn qonaq qəfil ÖLDÜ
10:34 / 07.06.2023
Просмотров: 4926
Neftçalada toyda ölüm hadisəsi baş verib.
Novoye-vremya.com xəbər verir ki, dünən rayonun Dördlər adlanan qəsəbəsində yerləşən şadlıq evində keçirilən toyda qonaqlardan biri qəfil ölüb.
Belə ki, saat 21 radələrində 1977-ci il təvəllüdlü Ramil Məmmədov əmisi nəvəsinin toyunda olarkən özünü pis hiss edib. O, bir neçə dəqiqə ərzində dünyasını dəyişib.
İlkin məlumatda R.Məmmədovun infarkt keçirdiyi və meyiti üzərində xəsarət izinin olmadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были