Təcili tibbi yardım avtomobili işıq dirəyinə çırpıldı

07:12 / 27.01.2022 Просмотров: 2620

Gəncə şəhərində təcili tibbi yardım avtomobili qəzaya düşüb.

Novoye-vremya.com-in bölgə müxbirinin verdiyi məlumata görə, "Mercedes" markalı təcili tibbi yardım avtomobili ilk olaraq "KİA Sorento" markalı minik maşını ilə toqquşub, ardından yol kənarındakı işıq dirəyinə çırpılıb. Xoşbəxtlikdən qəzada xəsarət alan olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Другие новости

Лента новостей

Все новости
30 апрель 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA