Rəhim Rəhimli qəfil vəfat etdi - Ölüm səbəbi açıqlandı

07:09 / 30.09.2022 Просмотров: 4553

Müğənni Rəhim Rəhimli vəfat edib.

Novoye-vremya.com xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev özünün instaqram hesabında məlumat yayıb.

İfaçının ölüm səbəbi açıqlanmayıb. Bir sıra məşhurlar da R.Rəhimlinin vəfatı ilə bağlı başsağlığı paylaşımı ediblər.

İfaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.

 Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyi xəstə olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.

Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi.

Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan” kanalının direktoru işləyib.//Qaynarinfo


Другие новости

Лента новостей

Все новости
10 февраль 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA