Rafael Ağayev Mayamidə qələbə qazandı 

11:10 / 25.06.2023 Просмотров: 8217

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat" turnirində növbəti döyüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 38 yaşlı idmançı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşıb.

Florida ştatının Mayami şəhərində baş tutan döyüş Ağayevin qələbəsi ilə başa çatıb.

Turnirdə iştirak edən Azərbaycanın digər karateçisi Şahin Atamov isə fransalı Kenci Qrillona məğlub olub.

Qeyd edək ki, Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildə debüt edib. Bu, onun turnirdə ümumilikdə beşinci qələbəsi olub.


Другие новости

Лента новостей

Все новости
12 декабрь 2025

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA