"Pulumu qaytarın, yoxsa sizi biabır edəcəyəm" - Əməkdar artist efirdə dostlarını YIXIB-SÜRÜDÜ
Əməkdar artist Yusif Mustafayev ona borcu olan şəxslərdən gileylənib.
Novoye-Vremya.com xəbər verir ki, bu barədə sənətçi "Ay Zaur" verilişində danışıb.
Müğənni yaxın dostlarına ümumilikdə 120 min manatdan çox borc pul verdiyini bildirib:
"Mənə borcu olanlar! Pulu qaytarın, yoxsa adınızı efirdə çəkəcəyəm, biabır olacaqsınız. 2010-cu ildə yaxın dostum övladının toyu üçün 2 min manat pul istədi. Verməsəydim pis olacaqdım, əl tutdum. İndi ala bilmirəm. Siyahım da var, 8-10 nəfər pul borcludur. Bir nəfərə də 60 min vermişdim, cəmi 2100 manat qaytarıb. Zəng edəndə də deyir ki, verəcəm. Xoşum gəlmir dövlətə şikayət edim. Bu, ev yıxmaq olar. Mənə 120 min manatdan çox pul borcludurlar. Əliaçığam, amma bilirəm harada. İllərdir qaytarmırlar. İstəyə də bilmirəm. Dostlarıma çağırış edirəm, qaytarın. 10 manat da olsa, bu borcdur. Pulu da notarial qayda ilə vermişəm, mən ala bilmsəm, nəvələrim var".(axşam.az)
Другие новости
Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq
Yaralılar necədir?- RƏSMİ
Prezident bu qanunda dəyişiklik etdi
SON DƏQİQƏ! İran Azərbaycanın bu hava limanına zərbələr endirib- VİDEO
Sumqayıtda 64 yaşlı kişi güllələndi

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были