Prezident SƏRƏNCAM İMZALADI

09:15 / 30.09.2022 Просмотров: 5523

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Novoye-vremya.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

 Məmmədov Elçin Məmmədbağır oğlu – Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini

Camalov Elmar Heybət oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini

Məmmədov Heydər Vidadi oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini

Rəcəbov Nazim Hafis oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi.

Eyni zamanda Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Əvəzov Nemət Yusif oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi

Əlixanov Erkin Hüseynağa oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi.


Другие новости

Лента новостей

Все новости
12 март 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA