Nigar yenidən plastik əməliyyat etdirəcək
"Məni ən xoşbəxt edən qızımdır. Başqası hələ yoxdur. Son vaxtlar xoşbəxtlik hormonlarım azalıb".
Novoye-vremya.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Gül kimi şou"da deyib. Xanəndə xoşbəxtliyindən danışıb.
Nigar etdirdiyi plastik əməliyyatlardan da bəhs edib. O bildirib ki, yenidən bıçaq altına yatacaq:
"Plastik əməliyyatlarımı gizlətmirəm. 1 aydan sonra yenidən plastik əməliyyat etdirəcəyəm. Əməliyyatı etdirməyə dəyər. Məni fikrimdən heç kim döndərə bilməz. Əndazəni aşmıramsa, xətti keçmirəmsə, biədəb nəsə etmirəmsə, bununla xoşbəxt oluramsa, niyə etməyim. Özümü sevən qadınam, güzgüyə baxanda özümü istədiyim kimi görmək istəyirəm".
Qeyd edək ki, Nigar bundan əvvəl burun və bədənşəkilləndirmə əməliyyatı etdirib.
Другие новости
Помощник Президента: Мы верим в концепцию средней силы и сами определяем свою повестку
Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq
Yaralılar necədir?- RƏSMİ
Prezident bu qanunda dəyişiklik etdi
SON DƏQİQƏ! İran Azərbaycanın bu hava limanına zərbələr endirib- VİDEO

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были