Azərbaycana gələn turist sayı niyə AZALIR? - Səbəb bu imiş
16:30 / 05.08.2026
Просмотров: 874
2026-cı ilin ilk yarısında Azərbaycana gələn turistlərin sayı və hotellərdə gecələmələr azalıb.
Dövlət Turizm Agentliyindən novoye-vremya.com-ın sorğusuna verilən cavaba görə, azalma daha çox Cənubi Asiya və Körfəz ölkələri bazarlarında müşahidə olunub. Bununla yanaşı, Mərkəzi Asiya, Türkiyə, Qərbi Avropa və İsraildən gələn turistlərin sayında artım qeydə alındığı bildirilib.
Agentlik həmçinin qeyd edib ki, hazırda “Azərbaycan Respublikasında 2026–2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı” hazırlanır. Sənəddə hava əlaqələrinin genişləndirilməsi, vizasız rejimin tətbiqinin artırılması, kiçik sahibkarlığın dəstəklənməsi və xarici bazarlarda təbliğat kampaniyalarının gücləndirilməsi kimi tədbirlər nəzərdə tutulur.
Bununla yanaşı,novoye-vremya.com Dövlət Turizm Agentliyinə daha bir mühüm sualla müraciət edib: keçirilən tenderlərin və turizmin təşviqinə ayrılan dövlət vəsaitlərinin turist axınına təsiri ilə bağlı hər hansı qiymətləndirmə aparılıbmı və nəticələri nədən ibarətdir? Lakin Agentliyin cavabında bu suala birbaşa münasibət bildirilməyib.
Qurum konkret qiymətləndirmə və ya hesabat təqdim etmək əvəzinə bildirib ki, marketinq fəaliyyətlərinin effektivliyi rəqəmsal platformalarda çatma, klik və bron göstəriciləri əsasında izlənilir, resurslar həmin nəticələrə uyğun bölüşdürülür.
Agentlik nümunə kimi Çin bazarını göstərərək qeyd edib ki, həyata keçirilən təşviqat kampaniyaları və vizasız rejim nəticəsində 2025-ci ildə Çindən gələn turistlərin sayı 42 faiz artıb, 2026-cı ilin ilk yarısında isə ümumi azalmaya baxmayaraq bu bazar sabitliyini qoruyub.
Bununla belə, təqdim olunan cavabda turizmin təşviqinə ayrılan büdcə vəsaitlərinin və keçirilən tenderlərin ümumi turist axınına hansı səviyyədə təsir göstərdiyini əks etdirən konkret qiymətləndirmə, hesabat və ya səmərəlilik göstəricisi açıqlanmayıb.
Agentlik əlavə edib ki, ilin ikinci yarısında beynəlxalq media layihələri, rəqəmsal kampaniyalar, xarici jurnalistlər üçün tanışlıq səfərləri və beynəlxalq turizm sərgilərində iştirak davam etdiriləcək.
Ajans.az
Другие новости
Лента новостей
Все новости
06 август 2026
Самый читаемый
18:48
08 июль 2026
9941

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были