Musleranın "Beşiktaş"la matçda etdiyi bu hərəkəti böyük səs-küyə səbəb oldu - FOTO
10:10 / 23.10.2023
Просмотров: 6313
Türkiyənin "Qalatasaray" klubunun uruqvaylı qolkiperi Fernando Musleranın "Beşiktaş"la matçda hərəkəti böyük səs-küyə səbəb olub.
Novoye-vremya.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, meydanda hər zaman centlemenliyi ilə seçilən Muslera bu dəfə də eyni hərəkəti edib.
Belə ki, Muslera "Beşiktaş"a qarşı keçirilən matçda rəqib komandanın futbolçusu Valentin Rozyenin ağır zədə almasının qarşısını alıb. Muslera epizodların birində qapı dirəyi ilə toqquşmaqda olan Rozyenin ayağını əli ilə saxlayaraq onun zədələnməsinin qarşısını almış olub.
Matçın bu anının görüntüsü sosial şəbəkələrdə paylaşılaraq böyük müzakirələrə səbəb olub.
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI


Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были