Millət vəkilindən Ancelina Coliyə bənzədilməsi ilə bağlı AÇIQLAMA
Millət vəkili Fatma Yıldırım sosial şəbəkələrdə onun adından yayılan sitatla bağlı açıqlama yayıb.
Novoye-vremya.com xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Əziz həmvətənlərim!
Dünəndən sosial şəbəkələrdə mənim adımdan həqiqəti əks etdirmiyən, “feyk” xəbərlər paylaşılır. Diqqətinizə çatdırmaq istəyirəm ki, şəxsim mövzusunda heç bir jurnalistə müsahibə verməmişəm. Adımdan heç bir mənbəyə əsaslanmayan və sosial şəbəkələrdə paylaşılan böhtan xarekterli məlumatlar tamamilə yalandır!
Bu gün başlıca hədəfimiz Ermənistanın təxribatçı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq, düşmənin törətdiyi təxribatların qarşısını alarkən canlarını qurban vermiş şəhidlərimizin ailələrinin və yaralılarımızın yanında olmaq, ən əsası isə dövlətçiliyimizin keşiyində dayanmaqdır!”, - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, Fatma Yıldırımın müsahibə verdiyi və həmin müsahibədə “Seçicilərim məni Ancelina Coliyə bənzədir” dediyi iddia olunurdu.
VİDEO
Другие новости
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Bakıda ağır qəza - Ölən və yaralananlar var
Məktəbdə yandırılan şagirdin SON DURUMU
Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были