Masallıda maşın kanala aşdı, ölənlər var - Biri polisdir - FOTOLAR
Masallıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.
APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlrında Masallı rayonun Boradigah qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Lənkəran rayon sakini 1999 - cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi "Reno" markalı avtomobil hərəkətdə olarkən idarəetmən iitirərək yoldan çıxıb.
Sonra, nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.
Dərhal əraziyə FHN-in Lənkəran Regional Mərkəzinin Xüsusi Riskli Qüvvələri və Təcili Tibbi Yardım əməkdaşları cəlb olunub.
Xilasedicilər avtomobildə olan sürücü və iki nəfər sərişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Sürücü ciddi xəsarət almasa da avtomobildə olan sərnişinlər Lənkəran rayon sakinləri 1999 - cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001 - ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadə boğularaq ölüb.
Qeyd edək ki, Bəhram Məmmzadə mühafizə polisində çalışırdı və evin tək övladı olub.
Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.
Məqaləyə dair fotomateriallar:














Другие новости
Prezident sərəncam İMZALADI: 10 milyona yaxın pul ayrıldı
Nazirlər Kabineti karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Avropa Şurasından Ramil Səfərovla bağlı çağırış
Yeni fərman İMZALANDI: Agentlik ləğv EDİLDİ
ABŞ səfirliyi VURULDU- VİDEO
ABŞ klubu Nərimandan sonra daha bir azərbaycanlı üçün müraciət etdi
Лента новостей
Все новостиМИД: Азербайджан надеется на выполнение Ираном гарантий о расследовании атаки БПЛА на Нахчыван
Самый читаемый

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были