Laçın-Zabux yolunda ağır qəza - Ölən var
11:16 / 16.06.2023
Просмотров: 6607
Laçın rayonu ərazisində ağır yol qəzası baş verib.
Novoye-vremya.com Sfera.az-a istinadən xəbər verir ki, dünən saat 09 radələrində Laçın-Zabux yolunda Fərman Hüseynovun idarə etdiyi “MAN” markalı yük maşını enişli yoldakı döngədə idarəetmədən çıxıb.
Yoldan çıxan ağırtonnajlı yük maşını daha sonra qarşıdan gedən və Elman Qarayevin sürdüyü digər yük avtomobilinə çırpılıb. Nəticədə hər iki sürücü ağır xəsarətlər alıb. F.Hüseynov xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Другие новости
Лента новостей
Все новости
12 декабрь 2025

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были