Həbsdə olan Aleksey Navalnı tanınmaz halda - FOTO

08:45 / 25.01.2023 Просмотров: 4232

Hazırda həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı tanınmaz hala düşüb.

Sfera.az xəbər verir ki, 46 yaşlı Navalnının fotosunu rusiyalı müxalif jurnalist Kirill Martınov öz tviter hesabında paylaşıb.

“2023-cü ildə Rusiyada azad insanın portreti”, - deyə Martınov qeyd edib.

 Fotodan onun həbsxanada olduğu 2 il ərzində əhəmiyyətli dərəcədə çəki itirdiyini görmək mümkündür.

Xatırladaq ki, 2021-ci ilin fevralında Rusiyanın Federal Penitensiar Xidmətinin tələbi ilə A.Navalnının “İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Belə ki, 2013-cü ilin oktyabrında Aleksey və Oleq Navalnı qardaşlarına qarşı “İv Roşe - Vostok” şirkətindən 26 milyon rubl və daha bir şirkətdən 4 milyon rubl (birlikdə 30 milyon rubl – 500 min dollar) dəyərində vəsait mənimsəməklə bağlı ittiham irəli sürülüb. 

2022-ci ilin martında isə Moskvanın Lefortovo Rayon Məhkəməsi həbsdə olan siyasətçini dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA