“Get, kimə şikayət edirsən, et” deyən sürücü işdən çıxarıldı 

15:42 / 26.10.2023 Просмотров: 7076

Sosial şəbəkələrdə “BakuBus” sürücüsü və sərnişin arasında baş verən mübahisənin görüntüləri yayılıb. 

32 nömrəli marşrut xəttində baş verən dava zamanı sürücü nalayiq ifadələr işlədib. O, avtobusu saxlayıb və sürməyəcəyini bildirib. “Get, kimə şikayət edirsən, et” deyən sürücünün hərəkəti gedəcəyi ünvana gecikən sərnişinlərin narazılığına səbəb olub.

Novoye-vremya.com xəbər verir ki, məsələ barədə “BakuBus” MMC açıqlama verib.

MMC-dən bildirilib ki, qurumun istismarında olan 32 nömrəli marşrut xəttinin sürücüsü ilə bağlı yayılan videogörüntülər hərtərəfli araşdırılıb:

“Sürücünün davranışının qaydalar çərçivəsində olmadığı öz təsdiqini tapdı. Sürücü əmək qanunvericiliyinə əsəsən işdən azad edilib.

Bu kimi halların qarşısını almaq üçün sərnişinlərlə əlaqə imkanlarımızı genişləndirmişik ki, anında reaksiyaları ala bilək. Xidmət keyfiyyətinin daha da yüksək səviyyəyə çatdırılması baxımından keyfiyyətə nəzarət mütəxəssisləri gündəlik əsasda bilavasitə xidmət zamanı keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin yanında olaraq rəyini öyrənirlər”/Cebhe.info 


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA