Dünən maşın vurub, bu gün efirdədir

16:00 / 06.06.2023 Просмотров: 4592

Dünən  prodüser Tolikin (Tarix Əliyev) ad günündən çıxarkən avtomobil tərəfindən vurulan vəkil Şəfiqə Nağıyeva bu gün canlı efirə çıxıb.

Novoye-vremya.com OLAY-a istinadən yazır ki, o, ekspert qismində MTV-də yayımlanan “Ümidlə gəl” proqramında yer alıb. Nağıyeva onu vuran sürücüdən şikayətçi olmayacağını deyib:

“Özümü pis hiss eləmirəm. Bu can mənim canım deyil, Allah verib və istədiyi zamanda alacaq. Düzdür, ölüm hadisəsi də ola bilərdi. Lakin hər şey yaxşıdır. Sürücünün ağır xəstə anası, ailəsi ,uşaqları var.  Mən ondan şikayətçi olmayacağam. Bu qəzadan heç kim sağ çıxa bilməzdi”.

 


Другие новости

Лента новостей

Все новости
14 декабрь 2025

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA